17 min illik musiqi aləti tapıldı

17 min illik musiqi aləti tapıldı
11 fevral 2021
# 13:02

Fransada təxminən 80 ildir bir muzeydə saxlanılan dəniz qabığının yenidən araşdırılması nəticəsində onun ən qədim nəfəs aləti olduğu ortaya çıxıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 17 min yaşında olduğu bildirlən musiqi alətinin mükəmmələ yaxın notlar səsləndirdiyi məlum olub. Sözügedən dəniz qabığı 1931- ci ildə Pirenlerdə yerlə.ən bir mağarada tapılıb. Arxeoloqlar əvvəllər onun Daş Dövrü xalqı tərəfindən müxtəlif mərasimlərdə istifadə edilən bir kubok olduğu hesab edib. Amma onun bir musiqi aləti ola biləcəyindən şübhələnən fransız elm adamları nəfəs alətlərində ifa edən musiqiçilərdən kömək istəyiblər. Əldə olunana nəticəyə görə 17 min il əvvəl yaşayan insanların musiqi zövqlərinə dair maraqlı ip ucları əldə olunub.

# 1673 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #