13 yaşında evlənən Perihan Savaş: "Anamın təzyiqindən qurtulmaq üçün qəbul etdim"

13 yaşında evlənən Perihan Savaş:  "Anamın təzyiqindən qurtulmaq üçün qəbul etdim"
11 oktyabr 2024
# 10:45

"Əmilərim aktrisa olmağımı istəmirdilər. Atam mənə dəstək verirdi deyə onunla bir il danışmadılar".

Kulis.az xəbər verir ki, bu sözləri məşhur türkiyəli aktrisa Perihan Savaş qonaq olduğu "Empati" verilişdə deyib.

Teatr səhnəsi ilə 5 yaşında tanış olduğunu açıqlayan Savaş 13 yaşında ailə qurmasının səbəbini bu sözlərlə açıqlayıb:

"Ziya hərbi məktəbdə oxuyurdu. Amma heç istəmirdi, məktəbdən çıxmaq üçün evlənməli idi. Əmilərim aktrisa olmağımı istəmirdilər. Atam mənə dəstək verirdi deyə onunla bir il danışmadılar. Məni istəməyə gəldilər. İcazə almaq üçün məhkəməyə getdik. Anamın təzyiqindən qurtulmaq üçün "hə" dedim. və s. Ona görə də anamın təzyiqindən qurtulmaq istədim. Yaxşı ki, ayrı-ayrı evlərdə qaldıq... Mənə “teatrdan gedəcəksən” deyəndə, onsuz da beynimdə evlilik bitmişdi".

Ülvi Bahadır

# 688 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #