12 yaşlı qızcığaz “Cənab leytenant” mahnısına klip çəkdirdi - Video

12 yaşlı qızcığaz “Cənab leytenant” mahnısına klip çəkdirdi - Video
5 oktyabr 2020
# 13:30

Rejissor Səidə Haqverdiyevanın və Tofiq Teymuroğlunun vətənpərvərlik mövzusundan bəhs edən “Cənab leytenant” klipi yayımlandı.

Kulis.az xəbər verir ki, A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının istedadlı yetirməsi Selcan Xatunun ifasında sözləri və musiqisi Şahin Musaoğluna aid “Cənab Leytenant” mahnısının klipi təqdim olunub.

Aranjemanı Vasif Arifoğluna (Adıgözəlov) məxsus mahnı və ona çəkilən klipdə (rejissorlar Səidə Haqverdiyeva, Tofiq Teymuroğlu, operator Seymur Məmmədov) torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən qəhrəman oğullarımız, xüsusən də Tovuz hadisələri, eləcə də son günlər ordumuzun əldə etdiyi ardıcıl nailiyyətlər öz əksini tapıb.

Qeyd edək ki, bu vacib missiyanın davamı olan növbəti mahnı və klip də qısa zamanda musiqisevərlərə təqdim olunacaq.

# 3155 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #