12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək

12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı

12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı

16 noyabr 2021
# 16:00

Noyabrın 19-dan 23-dək paytaxtda 12-ci Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Festivalın təşkilat komitəsindən APA-ya verilən məlumata görə, təntənəli açılış mərasimi noyabrın 19-da Nizami Kino Mərkəzində olacaq.

Bu il festivala 72 ölkədən 3217 qısa film göndərilib. Bunlardan 82-si yerli müsabiqəyə təqdim edilib.

Seçim Komissiyasının qərarına əsasən 18 ölkəni (İspaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, Belçika, İran, Rusiya, Portuqaliya və digərlər) təmsil edən 30 film festivalın beynəlxalq, 26 film isə yerli müsabiqəsində iştirak hüququ qazanıb.

Festivalda yer alan yerli və xarici qısa filmlər 5 gün müddətində saat 12:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

“CINEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir.

# 1245 dəfə oxunub

Müəllifin son yazıları

# # #