“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat edib

“Yeralaş”ın bədii rəhbəri koronavirusdan vəfat edib
15 yanvar 2021
# 09:52

“Yeralaş” satirik kinojurnalının bədii rəhbəri Boris Qraçovski koronavirusdan vəfat edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Yəhudi İcmaları Federasiyası İctimai Şurasının rəhbəri Borux Qorin bildirib.

Boris Qraçovski ötən ilin dekabr ayının sonunda ağır vəziyyətdə Moskvanın 52 saylı xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Qraçovski, həmçinin, rejissor, ssenari müəllifi kimi də məşhur idi. O, "Çardaq", "Notlar arasında, yaxud Tantrik simfoniyası" filmlərinin, eyni zamanda "Sosial Reklam" layihəsinin müəllifidir. Bununla yanaşı, Qraçovski bir neçə sənədli filmi ekranlaşdırıb.

# 1294 dəfə oxunub

Müəllifin son yazıları

# # #