"Yayda qartopu oyunu"nun premyerası olacaq

"Yayda qartopu oyunu"nun premyerası olacaq
16 dekabr 2019
# 16:10

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində "Yayda qartopu oyunu" tamaşasının premyerası olacaq.

Kulis.az xəbər verir ki, Mədəniyytə Nazirliyinin sifarişi ilə Xalq şairi Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu" pyesi əsasında hazırlanan eyniadlı tamaşa Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunub.

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti, Teatrın Baş rejissoru Aleksandr Şarovski, rejissor assistenti Əməkdar artist Salman Bayramovdur.

Pyesin səhnə tərtibatı, Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssam, Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı, Əməkdar mədəniyyət işçisi Vladimir Neverova, xoreoqrafiya Raulya Turkkana aiddir.

"Yayda qartopu oyunu" tamaşasında əsas obrazları Xalq artistləri Rita Əmirbəyova, Ayan Mir-Qasımova, Əməkdar artistlər Salman Bayramov, aktyorlar Murad İsmayılov, Yaqub Zeynalov, Həcər Ağayeva, Yuri Omelçenko, Elşad Murtuzov, Bella Safina, Rüstəm Kərimov, Fərid Bəhramov, Zaur Terequlov, Ramil Əliyev, Nadir Əbrürrəhimbəyov ifa edəcəklər.

# 2277 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #