Xəbər verdiyimiz kimi dünən, ölkəmizin mədəniyyət paytaxtı Şuşanın əsrarəngiz Cıdır düzündə “Xarıbülbül” musiqi festivalına start verildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən festival bu gün qala konsertlə davam edəcək.
Bütün ölkənin diqqəti doğma Şuşa şəhərindədir.
Festivalla yanaşı Şuşa bu gün Ramazan bayramını da qeyd edir.