“Vəfalı Səriyyə” tamaşası təqdim edilib

“Vəfalı Səriyyə” tamaşası təqdim edilib
23 dekabr 2019
# 17:08

Dərbənd Azərbaycan Dram Teatrında Cəfər Cabbarlının pyesi əsasında hazırlanmış “Vəfalı Səriyyə” tamaşası təqdim edilib.

Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyevdir. Tamaşanın təqdimatından əvvəl teatrın rəhbəri Firdovsi Əskərov bildirib ki, “Vəfalı Səriyyə” premyerası ilə teatr ili başa vurur. Qeyd edib ki, tamaşada gənc aktyorlar oynayır.

Bildirilib ki, 1915-ci ildə yazılmış əsərdə qəhrəmanlar cəmiyyətdəki qeyri-bərabərliyə qarşı çıxırlar, qadınların hüquqlarının qorunması və gender bərabərliyi uğrunda mübarizəyə qoşulurlar.

Tamaşa anşlaqla keçib.

# 2006 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #