“Salnaməfilm” studiyası Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

“Salnaməfilm” studiyası Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb
9 oktyabr 2020
# 18:49

Mədəniyyət Nazirliyinin “Salnaməfilm” studiyası ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək nümayiş etdirir.

Kulis.az xəbər verir ki, studiyanın kollektivinin ümumi qərarı ilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülüb.

Studiyanın direktoru Nazim Hüseynov əməkdaşların heç bir zaman bu məsələyə biganə yanaşmadığını bildirib. O, uzun müddətdir ki, Azərbaycanın Milli qəhrəmanları silsiləsindən sənədli filmlərin istehsalı ilə də məşğul olduqlarını, Vətənimizin müdafiəsi uğrunda şəhid olan igidlərimiz haqqında filmlər çəkdiklərini qeyd edib. “Torpaqlarımızın işğaldan azad olunması üçün bütün xalq olaraq səfərbər olmalıyıq. Biz də studiyanın bütün kollektivi olaraq yekdilliklə ordumuza dəstəyə qərar verdik. Bütün əməkdaşlara bu qərara görə təşəkkür edir, Şanlı Ordumuza zəfər, xalqımıza qələbə sevincini yaşamağı arzu edirəm!”, - deyə studiyanın direktoru vurğulayıb.

# 1916 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #