Türkiyənin Qaradəniz bölgəsində, Trabzonun Tonya qəsəbəsinin Karakısrak Yaylasında yaşayan Fadime Kayacının həyatı sənədli filmə çevrilib.
Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, 1984-cü ildən bəri yay-qış yaylaqda yaşayan Fadimə Kayacı bölgənin "Robinzon nənə"si kimi məşhurdur.
85 yaşlı "Robinzon nənə" haqqında rejissorlar Orhan və Nurhan Tekelioğlular sənədli film çəkiblər.
Türkiyə Kültür ve Turizm Bakanlığının dəstəyi ilə çəkilən "Fadime Kayacı'nın Bilinmeyen Hikayesi" adlı sənədli filmin çəkilişləri bir ay davam edib.
Sənədli filmdə 36 ildir tənha yaşayan Fadime Kayacı yaşadığı əziyyətlərdən danışıb.