"Qaraca qız" baleti nümayiş olunacaq

"Qaraca qız"  baleti nümayiş olunacaq
5 mart 2020
# 17:28

Martın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor Əşrəf Abbasovun "Qaraca qız" baletinin tamaşası keçiriləcək.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, tamaşa bəstəkarın 100 illik yubileyinə həsr olunur. Balet həyatda bir çox çətinliklər və ədalətsizliklərlə qarşılaşan balaca Tutunun - Qaraca qızın bədbəxt taleyindən bəhs edir.

Tamaşada Əməkdar artist Cəmilə Kərimova (Qaraca qız), solistlərdən Yuliya Ferştandt (Ağca qız), Timur Oduşev (Pərviz bəy), Liana Mirabdullayeva (Yasəmən), İslam Məmmədov (Yusuf), Faiq Qubatov (Piri baba) və başqaları ifa edəcəklər.

Tamaşanın quruluşçu baletmeysteri Əməkdar artist Samir Səmədov, dirijoru A.Dorati adına beynəlxalq müsabiqəsinin laureatı Orxan Həşimovdur.

# 2481 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #