Dekabrın 5-də, saat 12:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi” kompozisiyasının təqdimat mərasimi keçiriləcək.
Teatrdan APA-ya verilən məlumata görə, kompozisiya Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanıb.
Layihənin bədii rəhbəri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.
- Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
- Galaxy Unpacked İyul 2024: Galaxy AI Buradadır
- Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yaydı
Nəsimi obrazının ifaçısı, teatrın solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artist Emin Əliyevdir.
Balet kompozisiyanın quruluşu isə Emin Əliyevə məxsusdur. Klipin quruluşçu rejissoru Samir Qulamov, operator və montajçısı Hikmət Şahverdizadədir. Klip "Nəsimi ili"nə teatrın böyük hədiyyəsi olacaq.