“Məryəm” filminin çəkilişləri başa çatdı - Fotolar

“Məryəm” filminin çəkilişləri başa çatdı - Fotolar
7 iyul 2021
# 13:15

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan “Məryəm” tammetrajlı bədii filminin çəkilişləri başa çatıb.

Kinostudiyadan Kulis.az-a verilən xəbərə görə, iki aya yaxındır istehsalatda olan filmin əsas çəkilişləri Zaqatala-Balakən bölgəsində aparılıb.

Film uzun illər sonra ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gələn, atasını ucqar rayonda yerləşən psixiatriya xəstəxanasında tapan Məryəm adlı qadından bəhs edir.

Rejissor Elçin Musaoğlunun quruluşunda lentə alınan filmdə Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır.

Filmin ssenari müəllifi Elçin Musaoğlu, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssamı Zaur Abdullayev, prodüseri Fariz Əhmədovdur.

Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin ən mühim film layihələrinin inkişafı və istehsalı platformalarından biri olan “12 Punto – 2021”, TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qaliblərindən biri də, “Azərbaycanfilm Kinostudiyası” və "Sinema Evi" şirkətinin müştərək istehsal etdiyi “Məryəm” tammetrajlı bədii film layihəsi oldu.

# 2785 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #