“Molla Pənah olan Vaqif” monoqrafiyası nəşr olunub

“Molla Pənah olan Vaqif” monoqrafiyası nəşr olunub
28 avqust 2021
# 10:30

Akademik İsa Həbibbəylinin görkəmli Azərbaycan şairi və tanınmış dövlət xadimi Molla Pənah Vaqifin həyatı və yaradıcılığından bəhs edən “Molla Pənah olan Vaqif” monoqrafiyası işıq üzü görüb.

Kulis.az xəbər verir ki, Akademik İsa Həbibbəyli monoqrafiyada ilk dəfə olaraq Molla Pənah Vaqifi Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının banisi kimi tədqiqata cəlb edib.

XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan Molla Pənah Vaqif Azərbaycanın ictimai-siyasi, eləcədə bədii fikrinin formalaşmasında mühüm xidmətləri olub. Monoqrafiyada görkəmli şairin həyatı, müasirləri ilə münasibətləri, ictimai-siyasi fəaliyyəti bütöv şəkildə tədqiqata cəlb edilib.

# 2261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #