“Mənim sevimli kitabxanam” adlı müsabiqə elan edildi

“Mənim sevimli kitabxanam” adlı müsabiqə elan edildi
15 may 2020
# 18:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Instagram” və “Facebook” səhifələrində "Mənim sevimli kitabxanam" adlı müsabiqə elan edib.

İdarədən bildirilib ki, hər kəs öz evindəki kitab guşəsinin şəklini çəkib kitabxanaya göndərə bilər. Ən çox rəy toplayan kitab guşəsinin sahibi günün qalibi olacaq və həmin şəxsə kitabxana tərəfindən kitab hədiyyə olunacaq. /azertag.az/

# 2098 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #