"Mənim Bakım" layihəsinə start verildi

"Mənim Bakım" layihəsinə start verildi
12 sentyabr 2020
# 16:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) mədəniyyətimizin, tarixi-mədəni irsimizin təbliği məqsədilə yeni “Mənim Bakım” layihəsinə start verir. Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə dəstək olmaqdır.

İdarədən Kulis.az-a verilən məlumata görə, kitabxana ilk olaraq Bakının ürəyi, açıq səma altında muzey olan İçərişəhər haqqında həm Azərbaycan, həm də rus dilində hazırlanan “İçərişəhər haqqında”, “İçərişəhər filmlərdə”, “İçərişəhərin məhəllələri” adlı videoçarxlar hazırlayıb.

Videoçarxlar kitabxananın “Instagram” və “Facebook” sosial şəbəkə hesablarında izləyicilərə təqdim olunub. Təqdim olunan videoçarxlar, həmçinin Binəqədi rayon MKS-nin “YouTube” kanalında da yayımlanıb.

Layihə çərçivəsində İçərişəhərin tarixi, mədəni həyatı haqqında mütəmadi silsilə videoçarxlar təqdim olunacaq.

# 1747 dəfə oxunub

Müəllifin son yazıları

# # #