"Mələk" təqdim olundu

"Mələk" təqdim olundu
10 dekabr 2019
# 12:52

Nizami Kino Mərkəzində “Mələk” tammetrajlı bədii filmi nümayiş olunub.

Kulis.az xəbər verir ki, film Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və YAP Gənclər Birliyinin dəstəyi ilə gənc prodüser Kənan Fərzəliyevin işçi qrupu ilə birgə ərsəyə gəlib.

Filmin prodüseri Kənan Aydın və quruluşçu rejissoru Elmar Məmmədovdur.

Ssenari müəllifi Aysel Ateş Abdullazadə olan filmdə Xalq artisti Kazım Abdullayev, aktyorlar Xatirə Süleymanova, Kənan Aydın və Leyla Səlim çəkiliblər.

Film “O evdən kəfənsiz çıx!” şüarı ilə erkən nikahlara, qadına şiddətə və ailədaxili zorakılığa qarşı dayanışmanı əks etdirir.

# 1499 dəfə oxunub

Müəllifin son yazıları

# # #