“Warner Bros” kinostudiyası “CinemaCon”da “Matrix” seriyasından olan filmin dördüncü hissəsinin adını açıqlayıb.
Kulis.az TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Deadline” nəşri məlumat yayıb.
Məlumatda qeyd olunub ki, filmin yeni hissəsi “The Matrix: Resurrections” adlanır. Kianu Rivz əvvəlki hissələrdə olduğu kimi bu dəfə də baş rolda Neo obrazını canlandırır.
“Warner Bros” filmin tereylerini artıq təqdim edib. Treylerə görə Neo özünü filmin birinci hissəsindəki reallığa bənzəyən monoton bir dünyada tapır. Filmin qəhrəmanı öz sevgilisi Trinitini kafedə görsə də onu tanımır.