"Gəncəsər" necə "Qanzasar" oldu? - Saxtalaşdırılmış monastır

"Gəncəsər" necə "Qanzasar" oldu? - Saxtalaşdırılmış monastır
17 oktyabr 2020
# 11:28

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Qarabağ – mədəniyyətimizin beşiyi” adlı layihə davam edir.

Nazirlikdən Kulis.az-a bildirilib ki, layihə çərçivəsində növbəti material Kəlbəcər rayonunda yerləşən Gəncəsər monastır kompleksinə həsr edilib.

Elmi ədəbiyyatda Xəznədağ məbədi adı ilə tanınan Gəncəsər monastır kompleksinin əsas tikililəri XIII əsrdə inşa edilib.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edildikdən sonra Gəncəsər monastırı “Qanzasar” erməni monastır kompleksi kimi dünyaya təqdim edilməkdədir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

# 3568 dəfə oxunub

Müəllifin son yazıları

# # #