"CinemaPlus"a yeni rəhbər təyin olundu - Foto

"CinemaPlus"a yeni rəhbər təyin olundu - Foto
27 iyul 2020
# 18:57

“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub.

Bu barədə APA-ya “CinemaPlus” kinoteatrlar şəbəkəsindən məlumat verilib.

Qeyd olunub ki, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.

Qeyd edək ki, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub.

2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru olub.

Gallery

# 3633 dəfə oxunub

Müəllifin son yazıları

# # #