"Çalıquşu" romanının yazıldığı tarixi ev yandı - Foto

"Çalıquşu" romanının yazıldığı tarixi ev yandı - Foto
7 yanvar 2020
# 11:30

Tanınmış Türk yazıçısı Reşad Nuri Güntekinin bir vaxtlar yaşadığı tarixi evdə yanğın baş verib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tekirdağda Reşat Nuri Güntekinin bir vaxtlar yaşadığı ev baş verən yanğın nəticəsində istifadəyə yararsız vəziyyətə düşüb.

Türk ədəbiyyatının əhəmiyyətli imzalarından olan Reşat Nuri Güntekinin məşhur “Çalıquşu” romanının bir hissəsini bu evdə yazdığı bildirilib.

Gallery

Qeyd edək ki, “Çalıquşu” yazıçının ilk dəfə 1922-ci ildə yayımlanan, 1923-cü ildə kitab olaraq nəşr olunan romanıdır.

# 2307 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #