“Azərbaycan-alman danışıq kitabçası” nəşr edilib

“Azərbaycan-alman danışıq kitabçası” nəşr edilib
17 dekabr 2020
# 12:57

Dövlət Tərcümə Mərkəzi işgüzar və turist səfərinə gedənlər, eləcə də alman dilinə yiyələnmək istəyən geniş kütlənin istifadəsi üçün “Azərbaycan-alman danışıq kitabçası” nəşr edib.

Kulis.az xəbər ki, alman dilinin daha asan və rahat mənimsənilməsinə xidmət edən kitabça “İlk söhbət”, “Gediş və gəliş”, “Şəhər nəqliyyatı”, “Hoteldə”, “Şəhərdə”, “Yemək və içkilər”, “Əlaqə”, “Tibbi yardım”, “Alış-veriş”, “Kino, əyləncə və istirahət”, “Gündəlik çox istifadə olunan söz və ifadələr” adlı bölümlər üzrə tərtib edilib.

Kitabın tərtibçisi alman dili mütəxəssisi Vüsal Abbaszadə, redaktorları filologiya üzrə fəlsəfə doktoru, dosent Vilayət Hacıyev, humanitar elmlər üzrə mütəxəssis Stefanie Matzer (Avstriya), dil və kommunikasiya üzrə magistrant, sənətşünas Lisa Brandt (Almaniya) və filologiya üzrə mütəxəssis Şəfiqə Quliyevadır.

Kitab Dövlət Tərcümə Mərkəzinin mətbəəsində işıq üzü görüb.

# 1907 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #