“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir

“Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir
29 oktyabr 2020
# 18:50

Avropa Şurası (AŞ) və Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri üzrə “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq II” (PGG II) birgə proqramı çərçivəsində “Ayrı-seçkiliksiz gələcəyim” adlı foto-müsabiqə keçirilir.

Mədəniyyət Nazirliyindən APA-dan verilən məlumata görə, müsabiqənin məqsədi bərabərlik, ayrı-seçkiliyin qarşısının alınması, müxtəliflik, birgə yaşama, milli azlıqlar və gender bərabərliyi kimi mövzuların ölkələr üçün kəsb etdiyi əhəmiyyəti göstərməkdən ibarətdir.

Müsabiqədə iştirak etmək üçün qeyd olunan mövzulara aid olan foto-şəkilləri ingilis dilində maksimum 40 sözdən ibarət başlıq ilə “Instagram” sosial media platformasında “#PGG4citizens” həştəqi ilə paylaşıb Avropa Şurasının hesabını (@councilofeurope) qeyd etmək lazımdır.

Ətraflı məlumt www.pjp-eu.coe.int internet səhifəsindən əldə edilə bilər.

Müsabiqə noyabrın 15-dək davam edəcək. Ən yaxşı foto-şəkillər AŞ kanalları vasitəsi ilə nümayiş etdiriləcək.

# 2015 dəfə oxunub

Müəllifin son yazıları

# # #