"Amansız teatr" üslubunda tamaşa

"Amansız teatr" üslubunda tamaşa
23 noyabr 2019
# 10:36

Müstəqil Şah Mat Teatrı Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində tamaşa oynayacaq.

Kulis.az-ın məlumatına görə Müstəqil Şah Mat Teatrı noyabr ayının 25-də saat 19.00-da Şuşa Dövlət Musiqili Dram Teatrının səhnəsində Braziliya yazıçısı və dramaturqu Qilyermo Fiqeredunun “Ezop” əsəri əsasında eyniadlı tamaşanı teatrsevərlərə təqdim edəcək.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatıçısı Aişə Həsənovadır.

Tamaşada rolları Anar Bulud, Orxan Bakinskiy, Günel İmanova, Ceyran Baxışova, Fərid Vəliyev, Azad Kərim ifa edir.

"Amansız teatr" üslubunda hazırlanmış iki hissəli tamaşada əsas məsələ həqiqətin və ədalətin olmamağından söhbət gedir və ədalət, həqiqət olmayan yerdə azadlıq axtarmaq çox çətin və mümkünsüzdür. Biz insanlar yaşayırıq amma bilmirik ki, qəfəsdəyik və sadəcə olaraq nəfəs alırıq. Azadlığımız isə qəfəsin içi və cəzadır.

# 2283 dəfə oxunub

Müəllifin son yazıları

# # #