“LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüş keçirilib.
APA xəbər verir ki, tədbirdə mədəniyyət-ictimaiyyət xadimləri, media nümayəndələri iştirak edib.
Çıxışlar zamanı ölkədəki mətbuatın dünəni, bu günü və gələcəyi, eyni zamanda, kitabçılıqla bağlı aktual məsələlər müzakirə edilib, təkliflər irəli sürülüb.