“İbrahimin oğulları” kitabı Vaşinqtonda

“İbrahimin oğulları”  kitabı Vaşinqtonda
14 may 2025
# 13:43

Azərbaycanın ABŞ-dakı səfirliyində ravvin Mark Şnayer və imam Şəmsi Əlinin həmmüəllifi olduğu “İbrahimin oğulları: Yəhudiləri və müsəlmanları ayıran və birləşdirən məsələlər haqqında səmimi söhbət” adlı kitabın Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə ABŞ-da akkreditə olunmuş diplomatik korpus nümayəndələri, yəhudi və müsəlman icmalarının aparıcı təmsilçiləri və tədqiqatçılar iştirak ediblər.

Kitabın həmmüəllifi, ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayer əsərin yəhudi-müsəlman münasibətləri sahəsində əsas mənbələrdən biri olduğunu söyləyib.

Qeyd edək ki, kitab Azərbaycan dilinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tərcümə olunub.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

# # #