Çərçivələr - Şeir

Çərçivələr - Şeir
20 noyabr 2019
# 16:50

Təranə Arifqızı

Mən çərçivələri heç sevmədim ki,
Uşaq vaxtı... kiçik bir pəncərədən boylanıb,
meyvə dərmək istəmişdim..
çərçivədə əsir olmusdu varlığım...
o vaxtdan ürəyim darlıqdan sıxılır...
Göyərən ümidlər çərçivələrdən yıxılır...
İllər keçib...indi pəncərə çərçivələri böyüyüb,
Böyüdükcə içindəki qaranlıq işıqlar da çoxalıb......
bir həlqənin ortasında vurnuxuram...
çıxa bilmirəm, nəfəsimi tıncıxdıran,
ürəyimi zəncirə vuran çərçivədəki, bu sonsuzluqdan...
Sonunda... sevdıklərimiz də qara çərçivədən baxır...
cismən ölüm deməkdi bu...
çərçivədən çərçivəyə köçən insanlar...
insanlıq deyil , köləlikdi bu...
onların qara çərçivəsini, elə onlar qədər sevməməkdi bu...
məni öldürməyin... nə olar...
Dünya bir pəncərədir, demişlər..
gəlmişlər.. baxmşlar... getmişlər...
dünya bir çərçivəyə sığacaq pəncərə deyil amma...
dünya pəncərədən o tərəfə...
çərçivədən uzaq qalanların dünyasıdı,
içindəki zəncirdən qurtara bilməyənlərə yasaq həyatdı...
O həyat... bizə azadlıq carçılarından bir amanatdı...
Məni öldürməyin...! nə olar...
çıxmaq istəyirəm dar, geniş, qara, ya ağ- bütün çərçivələrdən...
dərmək istəyirəm ürəyim istəyən meyvələrdən,
yemək istəyirəm acı, şirin- nə varsa...
Ağzımın dadını,
ruhumu, ağlımı, düşüncəmi rəngli çərçivələrin içinə gömməyin...
o çərçivələrdə həyat yoxdu...yoxdu...!!

# 3735 dəfə oxunub

Müəllifin son yazıları

# # #