"No war, no yox" - Onlar kimdir?

"No war, no yox" - Onlar kimdir?
16 oktyabr 2020
# 15:43

Dilimizdə yaxşı bir söz birləşməsi var - səbir kasası. Tarixə nəzər salsaq, neçə-neçə səbir kasalarımız dolub, daşıb, ya qırılıb və ya sındırılıb.

Son 100 ilin problemi isə gənə kimi dərimizə yapışan erməni problemidir. Dili, dini, mədəniyyəti, torpağı, bir sözlə - hər şeyi oğurluq olan bir gənə. Amma bu gənə elə bir həşəratdır ki, loru dildə desək, gərək ancaq iynəsini vurasan, bir az mədəniləşdirsək, başını əzəsən, kimyəvi dillə ifadə etsək, dərmanlayasan, hərbi dillə isə desək, gərək zərərsizləşdirəsən. Necə ki “Harop” və “Bayraktar”lar qənim olur bunlara. Buralara gələcəm. İndi isə yazının məğzi və səbəbinə dönək.

XX əsrin əvvəllərində bir qisim ərazimizin alınıb verildiyi, XX əsrin sonlarında isə həmin qisimlə yetərlənməyib bizə qarşı qənim kəsilən bir tayfa var. Bəli, xalq və ya millət sözünə layiq olmayan ermənilər. 1988-ci ildən yeni köçürmələr, soyqırımlar, hücumlar törədən düşmən 30 ildən uzun müddətdir ki, Azərbaycanın defakto 20%, dejure 180 % ərazisinə gənə kimi yapışıb qanımızı, tariximizi, irsimizi sovurur, müqəddəs Şuşamızı, Qarabağımızı, Laçınımızı murdarlayır.
1994-cü ildən köhnə səbir kasamızı kənara atıb yenisini götürdük və sözdə atəşkəs elan edib, düşmənlə masaya oturduq. ATƏT, BMT və digər hüquqi və ali qurumlar hüququn aliliyini tapdalaya bilməyəcəklərinə görə kağız üzərində Azərbaycanın ərazi bütövlüyünü tanıdı və bu həşəratların qeyd-şərtsiz Azərbaycanın torpaqlarını boşaltması üçün qərarlar verdi və qətnamələr qəbul etdi. Amma nə oldu? Sözdə atəşkəs və qətnamələr elə sadəcə yazıldığı kimi kağız üstündə qaldı və bu illərdə neçə-neçə igid vətən oğulları torpaqlarımız uğrunda qara torpağa daha tez yoldaş oldu. Hər şəhid, hər atəşkəsin pozulması səbir kasamıza dama-dama töküldü. Atalar sözünü götürsək, dama-dama səbir kasamızda göl əmələ gəldi. İlk dəfə Mübarizlə, daha sonra aprel döyüşləri ilə, ondan sonra avqust döyüşləri ilə, daha sonra Naxçıvan hadisələri ilə, Tovuz hadisələri və ən son 27 sentyabr hadisələri ilə səbir kasamızda əmələ gələn göl də artıq daşdı və Qarabağla birləşərək dəniz əmələ gətirmək istədi və bu yolda da 17 gündür ki, uğurla irəliləyir. Bəs mən nə üçün bu yazını yazıram? Nə üçün döyüşdə deyiləm? Əvvəla məlumdur ki, hər məsələdə ürək bulandıran, hər karvana qarşı hürən itlər olur və indi də elədir. Amma bu dəfəki ürək bulantıları və hürüşmələr bir az uzun və əhval-ruhiyyəni korlayacaq dərəcədə oldu. Ona görə qərara aldım ki, bunları yazım və ya zərərsizləşdirim.
İkinci məsələ isə bir qisim "No war"çılar və ya onların tayfaları deyə bilər ki, bizə əks olub özün evdə oturub yazı yazırsan. “Okey”, yazıram, səbəbləri var. Əvvəla, sağlamlığımda, daha doğrusu, gözümdə problem olduğu üçün ön cəbhədə döyüşə yararsızam, ikinci məsələ isə ölkədə qismən səfərbərlik elan olunub. Nə vaxt dövlət və rəhbər şəxslər tam şəkildə səfərbərlik elan etsə, yararsız gözlərimlə olsa da, Corc Oruell kimi hər iki cəbhədə (ön və arxa) döyüşə gedərəm. Bu mənim açıqlamalarım idi, indi isə qarşı tərəfin fikirlərini və ya məqsədini aydınlaşdırım. Necə deyərlər, açım sandığı, töküm pambığı.

Döyüş başlayan günün səhəri bir qrup pasifist çıxdı ortaya və başladılar nəsə mızıldanmağa. Hətta bu mızıldanmanı ilk başladan xanım gözəlliyindən istifadə edərək öz çirkin təklifini gözəl şəklinin kənarına ingiliscə yerləşdirmişdi. Əhalinin heç də hamısı ingiliscə bilmədiyi və ya gözəllikdən gözünü ayıra bilməyib kənara baxmadığı üçün nə dediyinə fikir verməmişdi. Bəs bu tayfa nə deyirdi? – "NO WAR", yəni ki, müharibəyə yox. Bəli, düzgün oxuyursuz, müharibəyə yox. Hərfi tərcümə ilə desək, "YOX MÜHARİBƏ". Nə cür çevirsək də, bunun o yanı, bu yanı yoxdu, təkcə bu xanım da olacağını nəzərə alıb fikir verməmək istədim, hətta hörmətli olmayan fikirlərinə hörmətlə yanaşıb dostluqdan da silmədim. Amma nə oldu? Hektarlarla ərazidə yayılan lazımsız alaq otlar kimi bu lazımsız fikir də yayıldı və ya ikinci bir müqayisə bir dəfəyə bir neçə küçük dünyaya gətirən köpək kimi qısa müddətdə küçüklədi bu fikir. Əvvəlcə "No War" hansı fəlsəfədən gəldiyini, sonra isə haradan yemləndirildiyi və idarə edildiyini izah edib nöqtə və nidanı qoyacam lazımı yerlərə.

"No War" – "Müharibəyə Yox" pasifizm adlanan cərəyandan ilhamlanır və yaranır. Pasifizm – hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarıdır. Bəs bu sözü kim düşünüb və hansı millətdəndir? Fransız sülh kampaniyaçısı Emil Arno düşünüb, 1901-ci ildə isə qəbul edilib. Konsepsiyası guya İsa və Buddadan ibarət olub daha sonra da Qandinin fikirləri ilə təkmilləşdirilmişdir. Yəqin ki, məsələnin ilk hissəsi sizə bəlli oldu. Faktiki olaraq 30 ildir, torpağı işğalda olan, 100 illərdi isə Erməni və Azərbaycan Türkü adı gələndə ikili standartlarla qarşılaşan Azərbaycan xalqı indi pasifistmi olmalıdır? Yox, qəti şəkildə yox! Xocalıdakı 613 nəfərin ah-naləsi bizə yaxşı baxmaz. Yəqin ki, "No War" haradan ilham alır, haradan başlayır aydın oldu. İndi isə keçək növbəti mərhələyə.

“No war”çılar haradan yemləndirilir və idarə edilir? Onu deyim ki, bu suala cavab vermək üçün özümüzə bir sual da verib, o sualın cavabını açıb elə getməliyik növbəti cavaba. “No war”çılar kimlərdi? – “Feminstlər”, “Liberallar”, “Cinsi Azlıqlar”, “Aktivistlər” və bu kimi tayfalar. Qeyd edim ki, dırnaq işarələri mütləqdir, oxuyanda da dırnaqla oxuyun yuxarıdakıları. Açıq Cəmiyyət, Demokratik Qərb, Demokratik Fransa, Azad və Liberal Amerika və s. bu kimi ölkələr, təşkilatlar, institutlar və ictimai cəmiyyətlər nədəndirsə, illərdir Azərbaycanda bir qisim lazımsız insanları yelləyir və yemləyir. Boş-boş məsələlərə aid layihələrə minlərlə on illər ərzində isə on minlərlə, milyonlarla dollar büdcə pul ayırdı və ayırır da. Nə üçün? Qadın Haqları adıyla kişi düşməni və ya kişilərdən yanıqlıları, Liberalizm adıyla özü daxil bir çox şeyə hörmət etməyən nihilizmin və azadlığın ağın çıxardanları, hər sözdə, hər cümlədə mən cinsi azlığam, istədiyim hər qələti hər yerdə edərəm, siz barbarsınız, mən mədəni deyən bir qrup cinsi yox, ağlı azlıqları, küçədə külək əsəndə səbəbkarını siyasi rejimdə görüb sutkalıq yatıb qrant alanları əsl feminizm, liberalizm, LGBT, aktivistlikdən sözün həqiqi mənasında uzaq tutub siyasi hakimiyyət yox, Azərbaycan düşməni etmək idi məqsəd və bu dəqiqə də elədir. El dilində bir məsəl var – Ağa deyir, sür dərəyə, sürürəm. Bax indi vahid mərkəzdən pultla, üzr istəyirəm qrantla idarə edilən bir qisim zay tayfa üzərində yaşadıqları, suyundan içdikləri, şəhidlərin sayəsində bu günə gəlib çıxdıqları Azərbaycana qarşı çıxıb “No war” deyirlər. “No war”ın kökü passifizmdən gəlir və passifizm də Fransız dilindən gəlir, Fransanın da hazırki mövqeyi bəllidir. Siz “no war” deməklə Azərbaycana yox, Fransaya hə deyirsiz! Vətənə yox, düşmənə hə deyirsiz! Haqqa yox, nahaqqa hə deyirsiz! Amma Azərbaycan xalqı bağışlayandır.

Filmlərmizin birində bir səhnə var “Oğul bir səhvdir etmisən, indi silahı at keç biz tərəfə”. İndi siz də bir səhvdir etmisiz, peşmanam deyib xalqdan üzr istəyin və haqq yoluna keçin. İndi isə keçək mətnə nə üçün “No war, No Yox” adını qoyduğuma.

Əzizlərim, əvvəla, yuxarıda qeyd etdiyim liberal feminist və s. anlayışlara baxsanız, mən özüm də liberalam, feministəm, azlıqların haqqının hamınınki kimi qorunmasını istəyirəm. Cəmiyyətə, xalqa qarşı haqsızlıq olanda yazıçıdan əlavə aktivistəm, yəni ki, yuxarıdakı tənqidim yalnız dırnaq arasındakı bu ideologiya daşıyıcılarına aiddir. O ki qaldı “No war, No Yox”a, nəyə desəniz and içirəm, Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu hamısı “no war” deyir. Sadəcə, 30 ildir ürəyi vətən sevgisi ilə yanan igidlərimiz, 30 ildir ordumuzun inkişaf etməsi ilə çoxalan silahlarımız, 30 ildir ikili standartlara məruz qalan xalqımız və dövlətimiz hazırda igidlərimizin anti-terror əməliyyatı, harop və bayraktarların işə düşərək torpaqlarımızdan itləri qovması nəticəsində biz torpağımızı gənədən, itdən, düşməndən, terrorçudan təmizləyirik və bu təmizləmə tamamlananda hamılıqla müharibə adı gələndə “no war”, düşmən adı gələndə isə “no – yox” deyəcəyik!

Tural İlyas

# 6189 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #