#

"Yüz ilin tənhalığı"nın yayın tarixi açıqlandı

"Yüz ilin tənhalığı"nın yayın tarixi açıqlandı
9 oktyabr 2024
# 10:36

Qabriel Qarsia Markesin eyniadlı romanı əsasında ekranlaşdırılan "Yüz ilin tənhalığı" serialının yayın tarixi açıqlanıb.

Kulis.az xəbər verir ki, 16 seriyalıq serial bu ili 11 dekabrından Netflix platformasında nümayişə başlayacaq.

Romanda olduğu kimi serial da Buendialar ailəsinin bir neçə nəslinin başına gələnlərdən bəhs edir. Hadisələr Makondo şəhərində cərəyan edir.

Baş rolları Klaudio Katano, Jeronimo Baron, Marko Qonsales və Suzanna Morales ifa edir.

Serialın rejissorları Aleks Qarsia Lopes və Laura Mora Orteqadır.

# 135 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #