Yuri Solomin vəfat etdi

Yuri Solomin vəfat etdi
11 yanvar 2024
# 19:25

Görkəmli sovet və rus aktyoru, SSRİ Xalq artisti Yuri Solomin 88 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, insult keçirən sənətçi bir neçə gün əvvəl iki ay müalicə olunduğu xəstəxanadan evə buraxılmışdı.

Yuri Solomin 1935-ci il iyunun 18-də Çitada anadan olub. 1961-ci ildən Şçepkin adına Ali Teatr Məktəbində aktyorluq sənətindən dərs deyib. O, “Zati-alilərinin adyutantı”, “Əzablı yollarla”, “TASS bəyan etməyə səlahiyyətlidir” və digər filmlərdəki rolları ilə sovet tamaşaçılarının rəğbətini qazanıb, aktyor 60-a yaxın film və serialda rol alıb. Y.Solomin 1990-1991-ci illərdə RSFSR-nin mədəniyyət naziri olub.

Y.Solominlə vida mərasimi onun uzun illər bədii rəhbəri olduğu Malı Teatrda olacaq

# 1136 dəfə oxunub

Müəllifin son yazıları

# # #