Yasaq sevgi hekayəsi - Yeni serial

Yasaq sevgi hekayəsi - Yeni serial
24 aprel 2025
# 18:48

Edit Uortonun Pulitzer mükafatlı romanı "Məsumiyyət dövrü"nün motivləri əsasında serial çəkiləcək.

Kulis.az xəbər verir ki, miniserialın çəkilişləri bu ilin payızında başlayacaq.

Yasaq sevgi hekayəsindən bəhs edən əsərdəki hadisələr 19-cu əsrin Nyu-Yorkunda baş verir.

Qeyd edək ki, "Məsumiyyət dövrü" 1920-ci ildə nəşr olunub, ilk dəfə bir qadına Pulitzer mükafatı qazandırıb və əsasında 1993-cü ildə Martin Skorseze tərəfindən film çəkilib.

# 197 dəfə oxunub

Müəllifin son yazıları

# # #