Kulis.az LGBT mövzulu ən yaxşı 10 filmi təqdim edir.
Call Me by Your Name (2017)
Hadisələr 1983-cü ilin İtaliyasında cərəyan edir. Filmdə 17 yaşlı Elio və 24 yaşlı Oliver arasında yaranan romantik münasibət təsvir olunur. Andre Asimanın eyniadlı romanı əsasında çəkilən filmin ssenari müəllifi Ceyms Ayvoridir. Filmdə əsas rolları Timoti Şalame və Aermi Hammer canlandırır.
Moonlight (2016)
Berri Cenkinsin çəkdiyi film Şiron adlı afro-amerikalı bir gəncin uşaqlıqdan yetkinliyə qədərki həyatını və özünü kəşf etməsini təsvir edir. Film Oskar mükafatına layiq görülüb və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.
Brokeback Mountain (2005)
Filmdə 1960-cı illərdə iki kovboyun, Ennis və Cekin illərlə davam edən gizli münasibəti təsvir olunur. Əsas rolları Hit Ledqer və Ceyk Cillenhol canlandırır. Film rejissoru Enq Lidir.
Portrait of a Lady on Fire (2019)
Selin Syammanın ssenari müəllifi və rejissoru olduğu film 18-ci əsrdə bir aristokrat qadın və onun portretini çəkmək üçün gələn rəssam arasında yaranan münasibəti haqqındadır. Film Kann Film Festivalında "Queer Palm" və "Ən Yaxşı Ssenari" mükafatlarını qazanıb.
Paris Is Burning (1990)
Filmdə 1980-ci illərin Nyu-Yorkundakı "ball culture" və "drug" icmasında baş verənləri təsvir edilib. Film LGBT icmasının tarixini və mədəniyyətini anlamaq üçün vacib materialdır. Filmin rejissoru Cenni Livinqstondur.
Blue Is the Warmest Color (2013)
Əbdüllətif Keşiş tərəfindən çəkilən film Adel və Emma adlı iki gənc qadın arasında yaranan münasibəti təsvir edir. Film 2013-cü ildə Kann Film Festivalında Qızıl Palma budağını qazanıb.
Karol (2015)
Nyu-Yorkunda bir mağaza işçisi və evli bir qadın arasında yaranan münasibət haqqında filmin rejissoru Todd Heynesdir. Hadisələr 1950-ci illərin cərəyan edir. Filmdə baş rolları Keyt Blanşet və Runi Mara canlandırır.
The Handmaiden (2016)
Park Çan-vukun çəkdiyi bu Cənubi Koreya filmi evli qadın və onun xidmətçisi arasında yaranan mürəkkəb münasibətdən bəhs edir. Film Sarah Uotersin "Fingersmith" romanı əsasında ekranlaşdırlıb.
Milk (2008)
Qus Van Santın çəkdiyi film ABŞ-də gey olduğunu elan edən ilk siyasətçi Harvi Milkin həyatı haqqındadır. Şon Pen bu rola görə Oskar mükafatına layiq görülüb.
Hedwig and the Angry Inch (2001)
Con Kemeron Mitçelin ssenari müəllifi və rejissoru olduğu bu musiqili film Almaniyadan Amerikaya köçən trans rok müğənnisi Hedviqin həyatından bəhs edir. Film həm dramatik, həm də musiqili elementləri ilə diqqət çəkir.