“Fi” serialının Durusu: “Soyunmaram, sevişmərəm, amma öpüşərəm”

<span style="color:red;">“Fi” serialının Durusu:  “Soyunmaram, sevişmərəm, amma öpüşərəm”
5 dekabr 2017
# 17:30

- Ən çox qorxduğun şey nədir?

- Öz beynimdə azmaq...

“Fi” serialında Duru obrazında gördüyümüz Serenay Sarıkayanı müsahibəsindən olan bu cümləylə tanımağa başlayırıq. Öz şüurunu mütləq obyektiv gerçəklik kimi qəbul edən aktrisa. Serenay Sarıkayanı cazibədar edən bəlkə də bu cəhətidir.

“Fi” serialı ilə daha böyük məşhurluq qazanmış Serenay 1991 təvəllüdlüdür.

Antalyada doğulub.

Serenayın 6 yaşı olanda ata-anası ayrılır.

Özünün 1,85 boyu olmasına baxmayaraq, qızının bəstə olacağından narahat olan anası Umray xanım onu voleybol, basketbol və tennis kimi idman növləri ilə davamlı məşğul olmasına diqqət edir. Bu gün 1,73 boyu olan Serenayın həyatında həmişə idmana yer var. Son illərin hobbiləri arasında bir də ox atmaq var.

Antalya İncəsənət liseyində təhsil alan Serenay Latın Amerikası rəqslərinə maraq göstərir və elə bu dərnəklərdən birində gözəllik yarışması haqda xəbər eşidir.

“Miss Europe and World Junior” müsabiqəsinə qoşulanların çoxu 22 yaşındadır. 15 yaşlı Serenay, təkbaşına, dil bilmədən orada iştirak edir və müsabiqənin qalibi olur.

“İndi elə cəsarətim, enerjim yoxdur” – Sarıkaya bu təcrübəsi haqda belə deyir.

Podiumu düşünən Sarıkayaya kinodan təklif gəlir və “Plyajda” filminə çəkilmək üçün Serenay anası ilə birlikdə İstanbula köçür.

“Fərli pul qazanmıram, anam işini buraxıb və biz böyük bir şəhərə gəlmişik. Düşünün, hər gün mənim kimi minlərlə qız gəlir İstanbula”.

“Anamla atam ayrılandan sonra anamla biz çox yerə köçdük, evdən-evə daşındıq, amma geri baxanda travmatik heç nə xatırlamıram. Maddi baxımdan çox çətin zamanlar yaşadıq. Amma anam mənə bunları hiss etdirməməyə çalışdı həmişə.”

Əsil şöhrət aktrisaya “Lale devri” və “Medcezir” seriallarından sonra gəlir. Bu dövrdə eşq də onu yaxalayır; Sarıkaya cins geyimlərin reklamında çəkilərkən tanış olduğu aktyor Kerem Bursin ilə sevgili olur.

Bu sevgini gözdən kənarda yaşamaq üçün cütlük tez-tez xaricə gedir. “Çəx gəncik, evlənmək üçün tezdir” - deyirlər.

“Bir kişidə xoş niyyət, özgüvən, gülümsəmə, yeriş məni başdan çıxara bilər. Kərəmin gülüşünə vuruldum. Çox dəyərli bir münasibət yaşayırıq” - deyə, Sarıkaya Kərəmdən bəhs edir.

Altın portakal da daxil olmaqla bir çox mükafatlarla irəliləyən Serenay 2014-cü ildə “İlin qadını” seçilir.

“Mənə sənin ruhun yaşlı deyirlər. Ola bilər, ata-anamın tez ayrılması, iş həyatıma tez başlamağım səbəb olub. Bundan narahat olmuram, əksinə, bu mənə daha az səhv etməyə imkan verir” – deyir.

“Özümdən razı biri deyiləm. Kənardan elə görünürəm”. – tanıyanlar təsdiqləyir bu fikirləri

Kino və serial layihələrində Sarıkaya bir şərt irəli sürür: “Soyunmaq, sevişmək yox, ancaq öpüşərəm”.

“Fi” serialında oynamaq üçün aylarla xoreoqrafiya dərsləri alan Serenay Duru obrazı haqda belə düşünür:

“Duru səhnə eşqiylə alışıb yanan biridir. Onu aqressiv edən də birinci olma iddiası, maksimalist olmasıdır. Düşünür ki, layiq olduğu dəyər verilmir ona. Onun gələcəyinin necə olacağı haqda anons verə bilmərəm. Yalnız bunu deyə bilərəm ki, hara dönürsə dönsün ətrafında Can Manayı görəcək”

Serenay Sarıkayanın sosiologiya üzrə təhsil almaq arzusu suya düşür. Serialın çəkilişlərindən çox yorulan aktrisa bunca əmək verib hazırlaşdığı imtahana yuxuya qalması üzündən gecikir.

Model-aktrisa imtahana gələn il - 2018-ci il üçün hazırlaşdığını deyir.

# 1269 dəfə oxunub

Müəllifin son yazıları

# # #