Səudiyyə Ərəbistanı ilk dəfə Kann festivalında bir neçə qısametrajlı filmlə təmsil olunacaq.
Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, festivalda iştirakdan başqa Səudiyyə Ərəbistanı opera və orkestr yaratmaq üçün Fransa ilə əməkdaşlıq edəcək.
Səudiyyə Ərəbistanının vəliəhdi Ben Salman Fransaya səfəri zamanı Fransa və Səudiyyə Ərəbistanı mədəniyyət nazirlərinin görüşləri baş tutub. Görüş zamanı əməkdaşlıq və Kann festivalında rəsmi iştirak haqqında danışıqlar aparılıb.
- 12 yaşda qulluqçuluğa verilən, evindəki kitabları satmaqla dolanan Xalq artisti
- Xaricilərlə müştərək film çəkmək təklif olunub
- Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalına ev sahibliyi edəcək
Fransa mədəniyyət naziri ölkəsinin opera və orkestr yaratmaq üçün Səudiyyəyə kömək edəcəyini bildirib. Opera teatrı Səudiyyə Ərəbistanının qərbində, Ciddə şəhərində tikiləcək.