Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri müəyyənləşdi

Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri müəyyənləşdi
2 avqust 2016
# 11:21

Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının 2016-cı il qalibləri müəyyən edilib. Kulis.azın məlumatına görə kino prodüseri Adil Qulamov, onlarla filmin mətninin ifa etmiş, məşhur diktor Rafiq Hüseynli və neçə-neçə klassik filmlərin səs rejissoru Kamal Seyidov mükafata sahib olublar.

Kino prodüseri Adil Qulamovun filmoqrafiyasında “Ovsunçu”, “Sübhün səfiri”, “Arxada qalmış gələcək” kimi mürəkkəb tarixi dramlar var. Öz dəst-xətti ilə seçilən səs rejissoru Kamal Seyidovun “Yuxu”, “Bəxt üzüyü”, “Sevinc buxtası”, “Aşkarsızlıq şəraitində” kimi uğurlu filmlər var.

Kinematoqrafçılar İttifaqının katibliyi mükafatçıları seçərkən həmkarlarının kinomuz qarşısında xidmətlərini və təqdim etdiyi işlərin səviyyəsini nəzərə alır.

Son illər Fuad Poladov, Fəxrəddin Manafov, Ziya Şıxlinski, Əsəd Əsədov, Firəngiz Qurbanova kimi görkəmli kinematoqrafçılar mükafatın qalibi olublar.

# 959 dəfə oxunub

Müəllifin son yazıları

# # #