“Bir ailə” filmi təqdim ediləcək – 75 İL SONRA

“Bir ailə” filmi təqdim ediləcək – <span style="color:red;">75 İL SONRA
28 fevral 2018
# 16:37

Nizami Kino Mərkəzi ilə “Ədibin Evi” Mir Cəlalın 110 illik və Qara Qarayevin 100 illik yubileyləri münasibəti ilə Azərbaycan mədəniyyətinin iki görkəmli xadiminin birgə ərsəyə gətirdiyi “Bir ailə” bədii filminin təqdimat mərasimini keçirəcək.

Mərkəzdən APA-ya verilən məlumata görə, film 1943-cü ildə Bakı Kinostudiyasında istehsal edilmiş və II Dünya Müharibəsində qələbə naminə Azərbaycan neftinin rolu və Azərbaycan xalqının vətənpərvərliyindən bəhs edir.

Filmin ssenari müəllifi Mir Cəlal, bəstəkarı Qara Qarayev, rejissorları Mikayıl Məmmədov, Rza Təhmasib və Qriqori Aleksandrovdur.

Rollarda Xosrov Məlikov, Mərziyyə Davudova, Lyubov Orlova, Hökumə Qurbanova və digərləri çəkiliblər.

“Bir ailə” bədii filminin çəkilişləri müharibənin ən çətin və qızğın dövründə Bakıda aparılsa da, film sonra ekranlara buraxılmayıb. SSRİ Dövlət Film Fondunun Vətən filmləri şöbəsinin rəfində qalan filmə Sovet senzurası belə rəy verib: “Film Sovet xalqının alman işğalçıları ilə mübarizəsini zəif əks etdirir”.

Filmin nümayişindən əvvəl çıxışı nəzərdə tutulan Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev “Bir ailə” bədii filminin Azərbaycana qaytarılması və bərpa edilməsi barədə danışacaq.

# 1344 dəfə oxunub

Müəllifin son yazıları

# # #