Kann festivalının jüri heyəti açıqlandı - SİYAHI

Kann festivalının jüri heyəti açıqlandı - <span style="color:red;">SİYAHI
27 aprel 2017
# 11:20

2017-ci il, 70-ci Kann festivalının jüri heyəti açıqlandı.

Kulis.Azın festivalın saytına istinadən verdiyi məlumata görə, jüri heyəti 8 nəfərdən ibarətdir. Jüri heyətinin prezidenti Pablo Almadovarın birlikdə işləyəcəyi komanda bu cür olacaq: Alman rejissor, ssenarist Maren Ade, amerikan aktrisa Cesika Kastein, çinli aktrisa Fan Bingbing, fransız aktrisa, ssenarist, rejissor Aqnes Jaoui, Cənubi Koreyalı rejissor, ssenarist Park Çan Vuk, amerikan aktyor, musiqiçi Vill Smit, italyan rejissor, ssenarist Paolo Sorentino və fransız bəstəkar Qabriel Yared.

Xatırladaq ki, 70-ci Kann festivalı 17-28 may arası keçiriləcək.

# 1023 dəfə oxunub

Müəllifin son yazıları

# # #