"Rəcəb İvedik 5" filmində "azərbaycanlı" qalmaqalı - VİDEO

"Rəcəb İvedik 5" filmində "azərbaycanlı" qalmaqalı - <span style="color:red;">VİDEO
17 yanvar 2017
# 10:13

Fevral ayında ekranlara çıxacağı gözlənilən “Rəcəb İvedik 5 “ filminin treyleri dünən yayılıb. Qısa vaxt ərzində iki milyon dəfə izlənilən treylerin bir səhnəsi əslən Azərbaycandan olan professor Aygün Əttrarın etirazlarına səbəb olub. Əttar İvedikin azərbaycanlı boksçunu döydüyü səhnəni iki ölkə arasındakı münasibətlərə zərər verəcəyini deyib: “Fraqmentdə Türkiyə-Azərbaycan əlaqələri barədə çox arzuolunmaz səhnələrə yer verilib. Belə ki, boks yarışında Azərbaycanı təmsil edən idmançı ilə rəqibi Türkiyə milli komandasını təmsil edən adam qarşılaşır, Azərbaycan bayrağını sinəsində daşıyan adam “Mən səninlə cəng eləməyə gəlmişəm” deyərək yaxasında ay-ulduzlu bayrağımız olan türk idmançıya nifrətlə baxaraq hücum edir və türk idmançı da (Rəcəb İvedik) bundan sonra “Mən də sənin ağzını, burnunu qırmağa gəlmişəm” deyərək Azərbaycan bayrağının üstünə elə bil yumruq atır ki, Azərbaycan türkü iki metr uzağa uçaraq yerə sərilir. Heç kəs filmdəki bu səhnənin adi bir komediya olduğunu və insanları güldürmək üçün çəkildiyini deyə bilməz.”

Receb İvedik rolunu oynayan Şahan Gökbahardan filmlə bağlı tənqidə cavab gecikməyib. O, sosial mediadakı hesabında məsələnin səhv anlaşıldığını yazıb: “Biz üzmək üçün deyil, güldürmək üçün varıq... Bizdə qardaş ölkəmizə qarşı səhv olmaz. Rəcəb İvedik treylerində sadəcə son bölümünü paylaşdığımız boks səhnəsini başqa yönə çəkməyə çalışanlar olmasın deyə onu filmdə necədirsə o cür də paylaşırıq. Rəcəb İvedikin ağzından çıxanlar nəymiş? Azərbaycandakı sevənlərimizlə qovuşmağa can atıram. Hamınızı sevirəm”.

# 1079 dəfə oxunub

Müəllifin son yazıları

# # #