Martın 21-dən 25-dək Kazanda ilk dəfə keçiriləcək Beynəlxalq Türk Kinosu Festivalında ölkəmiz də təmsil olunacaq.
Kulis.az Azərtac-a istinadla xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan nümayəndələri də iştirak edəcək.
İştirakçılar, həmçinin Novruz bayramı şənliklərinə də qatılacaqlar.
- “Filmimiz “Qızıl tülkü” mükafatı aldı
- Leonardo Di Kaprio evini satışa qoydu
- Milli Kino Günü qeyd ediləcək
Festival çərçivəsində müxtəlif ölkələrin kinematoqrafçıları ilə yaradıcılıq görüşləri keçiriləcək. Tatarıstanın müxtəlif şəhərlərində və bölgələrində festival filmlərinin nümayişi də nəzərdə tutulur.