ƏSA Teatrında Şekspir tamaşası - PREMYERA

ƏSA Teatrında Şekspir tamaşası - <span style="color:red;">PREMYERA
18 aprel 2017
# 14:09

Əsas heyəti əlilliyi olan aktyorlardan ibarət ƏSA Teatrının növbəti tamaşasının premyerası baş tutacaq.

Kulis.Azın verdiyi məlumata görə, ötən il müstəqil şəkildə təsis edilən ƏSA Teatrı 2 may 19:00-da ingilis dramaturq Uilyam Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanmış “Yuxum” romantik komediyasının ilk nümayişini tamaşaçılara təqdim edəcək.

Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssamı Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, işıq rəssamı Bünyamin Sailodur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.

Qeyd edək ki, tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq.

# 965 dəfə oxunub

Müəllifin son yazıları

# # #