"Taxt oyunları" aktyorlarının telefon nömrələri yayıldı

"Taxt oyunları" aktyorlarının telefon nömrələri yayıldı
10 avqust 2017
# 10:40

“Taxt oyunları” serialın yeni bölümünün ssenarisini və spoyler xarakterli məlumatları yayımlayan xakerlər bu dəfə aktyorlar haqda şəxsi məlumatlar yayımlayıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, xakerlər NVO Amerika telekanalının 1,5 terabaytını oğurladıqlarını elan ediblər.

Onlar yeddinci mövsümdə oynayan aktyorların - Emiliya Klark (Deyeneris Tarqarien), Kit Xarinqton (Con Snou rolunda), Piter Dinkleydc (Tirion Lannister), Lina Xidin (Serseya Lannister) telefon nömrələrini, elektron poçt ünvanlarını və ev ünvanlarını internet şəbəkəyə yerləşdiriblər.

Xatırladaq ki, xakerlər minlərlə faylı əldə etdiklərini söyləyir və kanalın rəhbəri Riçard Pleplerdən əllərində olan, hələ yaymadıqları məlumatlar üçün pul tələb edirlər.

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #