Böyük türk şairi Nazim Hikmət həyatı haqqında film çəkilir.
Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Mərhəba, gözəl vətənim” adlanan sənədli-bədii dramın ssenari yazarı Ahmet Ümit, rejissoru Çengiz Özkarabekirdir.
Ssenari yazarı Ahmet Moskvada yaşamış Nazim Hikmətlə oxşar taleyini paralelləşdirmiş və böyük şairin ona təsirini əks etdirməyə çalışmışdır. Nazim Hikmət obrazını filmdə məşhur türk aktyoru Yetkin Dikinər canlandırır. Film haqda verilən məlumatda sənədli filmdə təxmini 150 obrazın olduğu söylənilir.
- "Şeron" qrupunun prodüseri vəfat etdi
- Məşhur müğənni 43 yaşında vəfat etdi
- 1 milyonluq divar rəsmi söküldü
Filmin çəkilişləri Moskva, Qaziantep və Bursada həyata keçirilir.