Azərbaycanlı rejissorun filmi beynəlxalq festivala gedir

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivala gedir
27 yanvar 2018
# 22:52

Azərbyaycanlı əsilli İran rejissoru Mehdi Heydərinin “Şokolad” filmi İtalıyanın Palermo şəhərində keçiriləcək beynəlxalq film festivalında nümayiş olunacaq.

“Şokolad” filmi 7 yaşındakı uşaqla 80 yaşındakı qadın arasındakı hekayədən bəhs edir.

İranın Qərbi Azərbaycan vilayətində çəkilən film Azərbaycan dilində nümayiş olunacaq. Kadrın altında isə subtitrlə italyan dilində tərcüməsi yazılacaq.

Bu film ötən il Rusiyada keçirilən “Zero” beynəlxalq film festivalında da nümayiş olunub və “Ən yaxşı qısa film” mükafatına layiq görülüb.

# 868 dəfə oxunub

Müəllifin son yazıları

# # #