“Qırmızı bağ” filmi üç beynəlxalq mükafat aldı - FOTO

“Qırmızı bağ” filmi üç beynəlxalq mükafat aldı - <span style="color:red;">FOTO
27 avqust 2017
# 11:49

"Qırmızı bağ" bədii filmi Türkiyənin Trabzon Beynəlxalq Film Festivalında üç mükafata layiq görülüb.

Kulis.az türk mətbuatına xəbər verir ki, filmdə rol alan Gülzar Qurbanova "Ən yaxşı aktrisa", Maqsud Məmmədov "Ən yaxşı aktyor", Taleh Bədiyev isə “Jürinin xüsusi mükafatı” ilə təltif edilib.

Xatırladaq ki, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında dövlət sifarişi ilə çəkilən "Qırmızı bağ" filmi babaları bəy olan müəllimlərin həyatından bəhs edir. Filmin ssenari müəllifi və rejissoru Mirbala Səlimlidir.

Görüntünün olası içeriği: 1 kişi, ayakta ve sakal

# 1012 dəfə oxunub

Müəllifin son yazıları

# # #