Mühafizəçisi Maykl Ceksonun gündəlik həyatından danışdı

Mühafizəçisi Maykl Ceksonun  gündəlik həyatından danışdı
27 sentyabr 2019
# 11:31

Maykl Ceksonun mühafizəçisi əfsanəvi müğənninmin gündəlik həyatı haqqında danışıb.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, o, müğənninin niyə maska taxdığını, makiyaj etdiyini və sifətinə plastırlar yapışdırdığını deyib.

“O reytinqlərdə birinci yerə düşmək üçün jurnalistləri necə manipulyasiya etmək lazım olduğunu bilirdi. 90 faiz hallarda onun etdikləri işə yarayırdı. Xüsusən, onun sevimli plastır hoqqası. Üzünün müxtəlif yerlərinə lazım olmadığı halda plastır yapışdırır və adamlarda sual yaradırdı. Cekson istəyirdi ki, onun həyatı dünyanın böyük tapmacasına, müəmmasına çevrilsin” deyə o, söyləyib.

Həmçinin mühafizəçi müğənninin həyatda adi, normal insan olduğunu, makiyaj, maska və s. Kimi məsələlərin obraz üçün olduğunu söyləyib.

# 5250 dəfə oxunub

Müəllifin son yazıları

# # #