Festivalları boykot edən Demirkubuz jüri rəhbəri oldu

Festivalları boykot edən Demirkubuz jüri rəhbəri oldu
28 yanvar 2015
# 15:36

4-19 Aprel tarixlərində baş tutacaq 34-cü İstanbul Film Festivalında beynəlxalq jürinin sədri Zeki Demirkubuz seçilib.

Hələ iki il əvvəl rejissor Twitter hesabında artıq Türkiyədə keçirilən festivallara qatılmayacağını yazmışdı: "Bu filmləri özləri jürilik etsin deyə çəkdiyimi zənn edən axmaqlardan bezdim artıq. Bundan sonra türk festivallarında yarışmayacam".

Türkiyədə müəllif kinosunun tanınmış nümayəndələrindən olan Demirkubuzun filmləri (“Məsumiyyət”, “Üçüncü səhifə”', “Qismət”, “Etiraf”) Kann, Venesiya, Lokarno ve Rotterdam festivallarında nümayiş olunub.

Rejissorun son “Yeraltı” filmi 31-ci İstanbul Film Festivalında dörd nominasiyada qalib olmuşdu.

Qeyd edək ki, İstanbul Film Festivalı hər il keçirilir.

# 1143 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #