Özünün təxribatçı davranışları ilə məşhur olan ukraynalı jurnalist Vitaliy Serdyuk Kann kinofestivalında da qalmaqal yaradıb.
Kulis.az-ın The Daily Mail-ə istinadən verdiyi məlumata “Əjdahanı necə əhliləşdirməli” cizgi filminin premyerası zamanə qırmızı xalçada poza verən aktyorlara tərəf qaçıb. O, başını aktrisa Amerika Ferreranın əlbisəsinin altına soxub.
Əvvəllər də Serdyuk amerikalı aktyor və müğənni Uill Smiti öpməyə cəhd edəndə ondan sillə “yeyib”.
“Qremmi” mükafatının təqdimatında isə o, müğənni Adel çıxış edəndə səhnəyə çıxaraq mərasimi pozub.
Mühafizəçilər dərhal onu aktrisanın əlbisəsinin altından çıxarıblar. Amerika Ferrera sakitlyini saxlasa da hadisədən məyus olduğu bilinib.