CNN məşhur aktyorun tələbini rədd etdi

CNN məşhur aktyorun tələbini rədd etdi
1 iyun 2018
# 10:20

CNN telekanalı Morqan Frimenın haqqında yaydığı seksual zorakılıq xəbəri barədə təkzib verməkdən imtina edib.

Kulis.azın rus mətbuatına istindən verdiyi xəbərə görə kanal rəhbərliyi Frimen və onun vəkillərinin informasiyanı cəmiyyətdən gizlətmələri ilə mübarizə aparacaqlarını bildiriblər.

“Mister Frimenin özünün açıqlaması ilə onun vəkilinin açıqlaması üst-üstə düşmür.” - telekanalın yaydığı məlumatda deyilir.

Xatırladaq ki, bir müddət əvvəl CNN kanalında Morqan Frimeni seksual cinayətkarlıqda ittiham edən material yayımlanmışdı. Bundan sonra aktyorun vəkili kanaldan təkzib tələb etmişdi.

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

# # #