Nurgül Yeşilçay ağzını açmadan 250 min qazanacaq

Nurgül Yeşilçay ağzını açmadan 250 min qazanacaq
16 oktyabr 2017
# 12:28

Məşhur türkiyəli aktrisa Nurgül Yeşilçay İranda filmə çəkilməyə dəvət alıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, “Yadullahın gözəl cini” adlı filmdə Nurgül xanım aldığı travmadan danışmaq qabiliyyətini itirən Dilaram adlı qadını oynayacaq.

Danışmayan bu rola görə aktrisaya 250 min türk lirəsi ödəniləcək.

Çəkiliş üçün 5 həftə İranda qalmağı planlaşdıran Nurgül xanım filmlə bağlı bunları deyib: “Əslində, Dilaram obrazı kar və lal deyil. O, mimikası və çıxardığı müxtəlif səslərlə fikrini ifadə etməyə çalışır. Filmə görə səhərdən-axşama qeyri-adi səslər məşq edirəm.”

# 950 dəfə oxunub

Müəllifin son yazıları

# # #