“Üzüklərin hakimi”nin prodüseri işdən qovuldu

“Üzüklərin hakimi”nin prodüseri işdən qovuldu
9 oktyabr 2017
# 10:41

Amerika kinokompaniyasının direktorlar şurası “Üzüklərin hakimi” və “Billi öldürmək” filmlərinin prodüseri Harvi Vaynşteyni işdən qovub. Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə o, seksual zorakılıqda ittiham olunur.

Məlum olub ki, o, 1990-cı ildən başlayaraq dəfələrlə qadınlara seksual təkliflər edərək onlara karyera qurmaqda kömək edəcəyini deyirmiş. Onun “qurban”ları arasında məşhur aktrisalar və prodüserin köməkçiləri də var.

Vaynşteyn məsləkdaşlarını incitdiyini etiraf edərək üzr istəyib.

# 991 dəfə oxunub

Müəllifin son yazıları

# # #